Partiya sədri Lalə Şövkətə riyakar dedi

Partiya sədri Lalə Şövkətə riyakar dedi
  04 Dekabr 2013    Oxunub:1131
Müxalifətçi, Əhrar Partiyasının sədri Vaqif Hacıbəyli Milli Şura üzvləri barədə kəskin ittihamlar səsləndirib.

AzVision.az-ın məlumatına görə, Hacıbəyli ALP lideri Lalə Şövkətin və Rəsul Quliyevin riyakar olduğunu deyib. Partiya sədri AXCP-nin sabiq sədr müavini Asəf Quliyevi Milli Şuraya xəyanətdə suçlayıb.

“Lalə Şövkətin siyasi riyakarlığı, həlledici məqamda müəmmalı istefa bəyanatı verməklə demokratik düşərgəyə arxadan zərbə vuran Asəf Quliyevin xəyanəti Milli Şuranın siyasi nüfuzunu aşağı salmağa yönəlik addımlar idi. Milli Şurada təmsil olunmaq etimadından daha çox sui-istifadə edən Rəsul Quliyev oldu. Vahid namizəd Cəmil Həsənlinin 1 faizdən az səs toplayacağı barədə təxribat xarakteri daşıyan açıqlama verməklə Rəsul Quliyev əslində çoxdan özünü Demokratik Qüvvələrin Milli Şurasında təmsil olunan demokratik düşərgədən kənarda qoymuşdu.
Son dövrlər Rəsul Quliyev mütəmadi şəkildə Milli Şurada təmsil olunan siyasi qüvvələrin,seçki saxtakarlığlna qarşı təşkil edilən kütləvi etiraz aksiyalarının əleyhinə qeyri-sağlam təbliğat kampaniyasını davam etdirirdi.

Ümid etmək istəyirəm ki, öz sıralarını səbatsız ünsürlərdən təmizləməklə Milli Şura demokratik qüvvələrin mübarizəsini bundan sonra daha əzmlə və daha fədakarlıqla davam etdirəcək”.

Rüstəm İsmayılov


Teqlər:





Xəbər lenti