Bakıda kişi hamilə arvadını bıçaqlayıb

  13 Avqust 2019    Oxunub : 778
 Bakıda kişi hamilə arvadını bıçaqlayıb
Bakının Sabunçu rayonu ərazisində hamilə həyat yoldaşını bıçaqlayan şəxs tutulub.
Azvision.az "Report"-a istinadən xəbər verir ki, Sabunçu Rayon Polis İdarəsinin Cinayət-Axtarış Şöbəsi və 14-cü Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 11-də Maştağa qəsəbəsi Daş Karxanasında Mirverdi Məmmədovun evində arvadı və əmisi qızı Günay Mirverdi qızına bıçaq xəsarətləri yetirməkdə şübhəli bilinən, əvvəllər Cinayət Məcəlləsinin 234-cü maddəsi ilə məhkum olunan 1984-cü il təvəllüdlü Xəyal Məmmədov tutulub.

Məlumatı Bakı Şəhər Baş Polis İdarəsinin Mətbuat xidməti təsdiqləyib.

Qeyd edək ki, X.Məmmədov avqustun 11-də üç aylıq hamilə olan həyat yoldaşı G.Məmmədovaya 19 bıçaq zərbəsi ilə xəsarət yetirib. Yaralı qadın "təcili yardım" maşını ilə xəstəxanaya yerləşdirilib. O, vəziyyəti ağır olduğu üçün Reanimasiya şöbəsinə yerləşdirilib. Cütlüyün 4 övladı var.

Azvision.az

Teqlər: DİN