Evlərdən oğurluq edən şəxslər saxlanıldı

  12 Avqust 2019    Oxunub : 689
Evlərdən oğurluq edən şəxslər saxlanıldı
Evlərdən oğurluq edən şəxslər saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə Tovuz rayon Polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində bu ilin fervral-may aylarında rayon ərazisində bir neçə evdən oğurluq edən şəxslər saxlanılıb.

Aparılan araşdırmalarla müəyyən edilib ki, rayon sakinləri, əvvəllər məhkum olunmuş 39 yaşlı Amil Məmmədov və 55 yaşlı İlqar Məmmədov rayon ərazisindəki ümumilikdə üç evə daxil olaraq oradan külli miqdarda qızıl-zinət, geyim əşyaları və nağd pulu oğurlayıblar.

Saxlanılan şəxslər maddi sübutlarla birlikdə istintaqa təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Azvision.az

Teqlər: DİN   Oğurluq