Nazirin qəbul vaxtı dəyişdirilib

Nazirin qəbul vaxtı dəyişdirilib
  12 Avqust 2019    Oxunub:1626
Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevin Tovuz rayonunda keçirəcəyi vətəndaş qəbulunun vaxtı avqustun 16-dan avqustun 14-nə dəyişdirilib.
Nazirlikdən Azvision.az -a verilən məlumata görə, həmin gün S.Babayev Tovuz rayon sakinlərini fərdi qaydada qəbul edəcək. Qəbul zamanı vətəndaşların Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin səlahiyyət dairəsinə (sosial təminat növlərinə hüququn müəyyən edilməsi, əmək hüquqlarının müdafiəsi, tibbi-sosial ekspertiza və reabilitasiya, məşğulluğun təmin olunması və s.) aid müraciətləri cavablandırılacaq, müraciətlərdə əksini tapan məsələlərin həlli ilə əlaqədar müvafiq tədbirlər görüləcək.

Azvision.az


Teqlər: ƏƏSMN   Sahil-Babayev  





Xəbər lenti