Mirşahin Əli Kərimli və Vidadi İsgəndərlinin portretini cızdı - VİDEO

   Mirşahin Əli Kərimli və Vidadi İsgəndərlinin portretini cızdı -    VİDEO
  12 Avqust 2019    Oxunub:12132
Tanınmış telejurnalist, Real TV-nin rəhbəri Mirşahin öz müəllif proqramının sonuncu buraxılışında qaragüruhun öndə gələn iki siması - Əli Kərimli və Vidadi İsgəndərlinin siyasi-psixoloji portretlərini cızıb.
Azvision.az həmin hissəni öz oxucularına da təqdim edir:

- Əlbəttə, xaos toplumunun, qara güruhun lideri Əli Kərimli siyasi perspektivsizliyini anlamayacaq qədər avam deyil.Yəqin o yaxşı başa düşür ki, öz facebook səhifəsində quraşdırdığı 250 minə yaxın rəqəm gerçək deyil, ona görə də Məhsul stadionundakı 2-3 minə can atır. Bir tərəfddən bəyan edir ki, bütün xalq onun tərəfində, onun ətrafındadır, digər tərəfdən də yalvarıb-yaxarır ki, camaat Xalq cəbhəsinə üzv olun. Eyni zamanda da tele əlaltısı Osmanqızı, Qənimət Zahid vasitəsilə Rusiyada yaşayan azərbaycanlılardan xahiş edir ki, Bakıya gəlib mitinqə qatılsınlar. Çünki əmindir ki, onun bəsit məntiqi, demilit beyni Azərbaycanda mütləq əksəriyyət üçün maraqlı deyil. Ona görə də xaricə üz tutur.



Qənimət Zahidin, Osmanqızının siyasi şəxsiyyət vəsiqəsini itirərək etibarsızlaşması yeni sifətlər tələb edir. Əslində Əli Kərimli və ətrafı Azərbaycanda dövlət çevrilişinə çağıran Vidadi İsgəndərlidən tərbiyə və siyasi səbatlılığa görə heç də artıq deyil. Vidadi siyasi keçəl, Əli siyasi kosadır. Əli Kərimli 26 ildir ki, danışır. İlk dəfə bu iqtidar getməlidir və gedəcək deyə Əliyevə müxalifət olanda 28 yaşı var idi. Artıq 54 yaşı var və eyni mətni təkrar edir. Ömrü çatsa 26 il sonra da eyni ampluada olacaq. 80 yaşında. Amma bu günkü kimi yenə də hazırlıqsız, populist. Eyni formada, eyni məzmunda. Ola bilər ki, əynində də elə həmin bu köynək olacaq, ya da bənzəri. Qoltuğunun altı da qara. Ləkəli. Çünki qoltuqaltı olmaq ləkəlilik gətirir.

Vidadi isə sadəcə kliniki problemi olan biridir. Biz onun psixoportreti barədə bir dəfə danışmışdıq. Ötən ilin dekabr ayında. O zaman biz yerüstüyayımda deyildik, əhatəmiz bir qədər məhdud idi deyə ola bilər ki, baxmayanlar var. Ona görə də Sizi yenidən keçmişə dəvət edirəm. Baxın, sonra bu qaçaqmal fenomeninin keçmişi barədə ətraflı danışacam. Onda bunları demişdik:

“Hörmətli tamaşaçılar, fikir verdinizsə bayaqdan Vidadi İskəndərlinin adını bir dəfə də çəkməmişəm. Bunun da öz səbəbi var. Onunla bağlı bir sənədi gözləyirdim. Psixiatriyada aqressiv dəyişiklik və onun fəsadları üzrə alman Kark Yaspers və isveçrəli Eygen Bleyler nəzəriyyəsini öyrənən könüllü tədqiqat mərkəzlərindən birinə göndərdiyim sorğunun cavabını nəhayət ki aldım. Çünki Vidadi İskəndərlinin hərəkətləri, tez-tez ağzının kənarlarının tüpürcəklənməsi, damaqlarının iştirakılə sistemsiz hərəkətlər, sanki dişinin dibində qalanları yenidən tapıb çeynəmək effekti yaradan dil-dodaq hərəkətləri, alnının səbəb olmadan gərginləşməsi, nitqində rabitənin tez-tez itməsi, uzunçuluğa meyl, yerli-yersiz, hətta səsinin batmasına qədər bağırmaq, amansız, icrasında qan elementlərinin çox ola biləcəyi cəzalandırma anonsları məndə Vidadi İskəndərlinin psixi halını öyrənmək həvəsi yaratmışdı. Fərdin psixi halının monitorinqini keçirən, obyektin fotoşəkil və video görentülər vasitəsilə də müayinəsini aparan mərkəzlər çoxdur. Onları siz də tapa bilərsiniz.

Yeri gəlmişkən onlar şəffaf fəaliyyət göstərir. Amma müraciət edən şəxsin və hədəfin anonimliyinə tam zəmanət verilir. Mən Vidadi İskəndərlinin çıxışlarını, şəkillərini təqdim etdim və maraqlı cavablar aldım. Vidadi İskəndərli fikrin sayrışması, dəqiq təsvir və təsəvvür elementlərinin rabitəsiz əlaqə cəhdlərindən əziyyət çəkir. Ona səbəbin neqativ ya pozitiv olmasından asılı olmayaraq sistemləşdirilə bilməyən sayıqlamaq ideyalarının sintezi də xasdır. Pasientin, yəni Vidadi İskəndərlinin eyni sözləri və hərəkətləri getdikcə aressivləşən tərzdə və tonda icra etməsi də səbəbsiz deyil. Öyrənilən obyektdə patrafren sindromu da var ki, o Kandinski-Klerambo sindromu ilə qovuşanda nəticə daha ağır olur. Qeyd edilir: “Pasientə, yəni Vidadiyə də elə gəlir ki, onu şər qüvvələr idarə edir və o layiq olmadığı həyatla yaşamaqdadır. O öz həyatını mütləq dəyişməlidir. Buna görə mütləq hakimiyyət əldə etməli və ağrı şəxsində gördüyü insanları zərərsizləşdirməlidir. Bu halda pasient Çe Gevara, Lenin, Robin Qud, Janna Dark kimi obrazlarla ruhi təmasda olduğunu zənn edir və təsəvvüründə ərazi və əhali sintezi yaradaraq onu uyğun aqressiv rənglərlə boyayır. Pasient halının xüsusi vəziyyətində müəyyən ayinlər təşkil edir və bu zaman təşkil etdiyi prosesin gerçəkliyinə inanır.

Ehtimali pasient Vidadi İskəndərlinin psixi portreti üçün səciyyəvi olan bir keyfiyyət də budur: o həmişə təqib olunduğunu zən edir. Çox danışmağa meyllidir. Bəzən saatlarla eyni mövzuda və ya hər şeydən danışa bilər. Əvvəlcə düşüncəsi assosiativ olur, amma az sonra nitqinin əhatə etdiyi obyektlər və təhlil etdiyi mövzu arasında rabitə itir. Bu Vidadi İskəndərlidə bəzən ayrıca fəsad halına çatır ki, təbabətdə bu hala manyakal-depressiv psixoz deyirlər. Belə olan halda fəsadlarıdır. Bu günlərdə aldığım məlumatda maraqlı bir faktla da rastlaşdım: hələ Azərbaycanda həbsxanada olarkən ona baş çəkən yaxın adamlarına etdiyi hücumlar İskəndərlinin məcburi qaydada müayinə və müalicə olunması ilə nəticələnibmiş.

Kadrda Vidadinin alnını görürük. İlk baxışda bu cizgi bizə heç nə demir. Amma könüllülərin verdiyi arayışda qeyd olunur ki, pasienti ağrı izləyir. O qədər də şiddətli olmasa da hər halda küt ağrılar ona əziyyət verir. Bu ağrılar onu daha aqressiv edir. Qaşlarını əhatə etdiyi zonaların görkəmi göz qişasının da eyni ağrıya təslim olmasından xəbər verir. Pasientin eynəyə meyl göstərməsi də elə bununla bağlıdır. Burun pərələrinin genişlənməsi, dodaqlarının duruşu isə belə pasientlərdə adi hal kimi qeydə alınan manifest dövrünün izidir. O hər dəfə nəsə demək istəyir və nədənsə hər dəfə fikrini eyni saitlə başlamağa çalışır. Müxtəlif pasientlərdə bu fərqli olur. Vidadi İskəndərlidə xroniki start səsi o-dur. Görünür bu səs onda hansısa xatirə ilə bağlıdır. Pasient yuxuda olarkən özünə nəzarəti itirir və ifrat əsəbi hallarda istinin və soyuğun şiddətini hiss etmir.

Vidadi iskəndərli kimi pasient üçün zəruri olan qeyd budur. Normal yuxu, əsəbsiz şərait və təbii ki, normal müalicə. Burda dərman adı yazılıb ki, daha mən onları oxumuram. Açığını deyim ki, Vidadi iskəndərlinin bir kliniki problem olduğunu mən bilmirdim. Ona görə də heç bir şərh verməyəcəm. Adamın ciddi müayinəyə və müalicəyə ehtiyacı var. Ola bilsin ki kiməsə Vidadinin bu formatı sərfəlidir. Yəni belə adamlar kimisə qətlə yetirərsə belə onu qanun təqib etmir, ya da ruhi xəstəliyi köməyinə çatır. Amma yazıqdı adam. Hər halda psixiatriyada aqressiv dəyişiklik və onun fəsadları üzrə alman Kark Yaspers və isveçrəli Eygen Bleyler nəzəriyyələtrini öyrənən könüllü tədqiqat mərkəzlərindən birinə verdiyim sorğunun nəticələri belə deməyə əsas verir".

Bu ötən ilin dekabrında efirə getmiş arayış idi ki yenidən yadınıza salmaq istədim. İndi isə hüquq-mühafizə orqanlarına Vidadi İsgəndərli barədə verdiyim sorğular nəticəsində əldə etdiyim bəzi məlumatları Sizinlə bölüşmək istəyirəm. Bu məlumatlarda da elə yerlər olacaq ki, bir az əvvəl xatırlatdığım fraqmentlə səsləşəcək. Beləliklə, İsmayıllı rayon prokurorluğunun böyük müstəntiqi Vidadi İsgəndər oğlu İsgəndərov, 18 avqust, 2002-ci ildə xidməti və icra intizamının kobud pozuntusu hallarına, törədilmiş və ya hazırlanan cinayətlər barədə məlumatların həlli və cinayət işinin ibtidai araşdırması zamanı qanun pozuntuları və ciddi nöqsanlara yol verdiyinə görə, vətəndaşların çoxsaylı şikayətləri və müraciətləri əsasında prokurorluq orqanlarından xaric edilib. 7 noyabr 2010-cu ildə keçirilmiş parlament seçkiləri zamanı 89 saylı Ağdaş-Göyçay seçki dairəsinin seçki məntəqəlrində Vidadi İsgəndərov başına topladığı bir qrup şəxslə həmin dairənin 2, 16 və 17 saylı məntəqəlrinə gələrək seçki komissiyalarının fəaliyyətinə qanunsuz müdaxilə etmiş, komissiya üzvləri, müşahidəçilər və seçiçilərə qarşı zor tətbiq etməklə, onları hədələyərək yüzlərlə seçki bülletenlərini oğurlayıb aparmış, müşahidəçi Araz Ələkbərova xəsarət yetirmişdi.

Vidadi məhkəmə prosesi zamanı da özünü idarə edə bilmirmiş. O proses iştirakçılarına, zərər çəkmiş şəxslərə və şahidlərə təzyiq göstərir, məhkəmə zalında olan şəxsləri təhqir edərək hədələr yağdırmaqla onları öz ifadələrindən çəkindirməyə çalışırdı. Onun məhkəmə iclaslarında bəzi təəccüb doğuran açıqlamaları da olub. Məsələn, dairə seçki komissiyasının sədri Nizam Məhərrəmov ifadəsində deyib ki, Vidadi İsgəndərov deputatlığa namizəd kimi qeydə alınması zamanı müvafiq sənədlər tərtib edərkən özünü əvvəl Daşnaksutyun, sonra da faşist partiyasının üzvü kimi təqdim edib, yalnız Azərbaycanda belə partiyaların mövcud olmadığı bildirildikdə o, özünü müstəqil namizəd kimi qeyd edib. Həmin gün dindirilmiş şahidlər Ələsgər Rüstəmov və Qənimət Əhmədova isə bildirdilər ki, seçki günü öz dəstəsi ilə 17 saylı məntəqəyə hücum etmiş Vidadi İsgəndərov özünü əsl «Rusiya skinxendi» kimi apararaq komissiya üzvlərini və vətəndaşları söyüb təhqir edib, onlara qarşı zor tətbiq etməklə bir saatdan artıq müddət ərzində seçkini pozubmuş.

Məhkəmə prosesində ifşa olunduğunu görən Vidadi İsgəndərov şahid Ələsgər Rüstəmovu «başını kəsdirəcəyi» ilə hədələyib. Başını kəsdirməklə hədələmək, özünü faşist və ya daşnaksyutyun partiyasınını nümayəndəsi tək təqdim etmək... Bayaq dinlədiyiniz arayışı yadınıza salın?! Bütün bunları nə üçün deyirəm və bütün ağır ifadələrinə, təhqir və təhdidlərinə baxmayaraq niyə yenidən Vidadi İsgəndərli kimi internet səfilinə qayıdıram. Ona görə ki, onu və onun kimi yüngül desək tərbiyəsizləri, uğursuzları, siyasi kifirləri daha yaxşı tanımalıyıq. Onu efir bacısı Osmanqızı, efir qardaşı Qənimət, siyasi həməxlaqı Əli Kərimli ilə birlikdə təhlil etməliyik.

Bu törəmələr bir-birindən nə artıq, nə də əskikdir. Biri primitiv küçə tərbiyəssizidisə digəri bir az geniş dairədə, məsələn meydan tərbiyəssizidir. Ahıllıq dövrünü yaşayan Vidadi İsgəndərli psixi pozuntunun əziyyətini onu dinləyən məlumatsızlara, xüsusən də yeniyetmə və gənclərə verir. Vidadi öz yaşıdlarıyla necə dil əlaqəsinə girir. Birinin ağzını, üzünü, o birinin anasını, arvadını, bacısını, qızını söyür. Vidadi İsgəndərli nəinki Azərbaycan, bütün türkdilli söz azadlığını gözdən salır. Və bu insanlar Azərbaycana gözəl gələcək vəd edir. Bu boyda eybəcər vücudla, daxili və xarici kifirliklə! Hədəf və məqsəd ayıbıyla!



Teqlər: Vidadi-İsgəndərli   Əli-Kərimli  





Xəbər lenti