Liftdə qalan şəxs xilas edilib

  12 Avqust 2019    Oxunub : 692
Liftdə qalan şəxs xilas edilib
Fövqaladə Hallar Nazirliyi liftdə qalan bir nəfəri xilas edib.
Azvision.az FHN-nin saytına istinadən xəbər verir ki, nazirliyin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Yasamal rayonunda 1 nəfər liftdə köməksiz vəziyyətdə qalıb.

Çağırış ünvanına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri vətəndaşın liftdən çıxmasına kömək ediblər.

Azvision.az

Teqlər: FHN