Onların da maaşı artırıldı

  Onların da maaşı artırıldı
  12 Avqust 2019    Oxunub:3736
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının Katibliyinin işçilərinin aylıq vəzifə maaşları artırılıb.
Azvision.az -ın məlumatına görə, Nazirlər Kabineti bununla bağlı “Dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin aylıq vəzifə maaşları haqqında” qərarda dəyişiklik edib.

Dəyişikliyə əsasən, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının Katibliyinin icraçı direktorunun maaşı 1463 manatdan 1980 manata, baş mühasibin maaşı 1023 manatdan 1450 manata, baş məsləhətçinin maaşı 880 manatdan 1255 manata, aparıcı məsləhətçi 737 manatdan 1030 manata, məsləhətçinin maaşı 666 manatdan 930 manata qaldırılıb.

Qeyd edək ki, bu qərar 2019-cu il sentyabrın 1-dən qüvvəyə minir.

Azvision.az


Teqlər: QHT   Maaş  





Xəbər lenti