Xəzərlə bağlı yeni saziş imzalandı

   Xəzərlə bağlı yeni saziş imzalandı
  12 Avqust 2019    Oxunub:2025
Avazda Xəzər İqtisadi Forumunun tədbirləri çərçivəsində Azərbaycan, İran, Qazaxıstan, Rusiya və Türkmənistanın iqtisadiyyat üzrə səlahiyyətli qurumların rəhbərlərinin iclası keçirilib.
Nəticədə Xəzəryanı ölkələrin hökumətləri arasında ticarət-iqtisadi əməkdaşlıq haqqında Saziş imzalanıb.

Qeyd edək ki, Avaza Milli Turizm Bölgəsində (Türkmənbaşı şəhəri, Türkmənistan) keçirilən Birinci Xəzər İqtisadi Forumu 11-12 avqust tarixlərində keçirilir.

Forumun gündəliyinə iri layihələr üçün şərait yaradılması, Xəzəryanı regionun iqtisadiyyatının qlobal kontekstdə rolu, neft və qaz, elektrik enerjisi, nəqliyyat, ticarət, kənd təsərrüfatı, turizm və Xəzəryanı ölkələrin iqtisadiyyatlarının digər sahələrində investisiya cəlbediciliyi barədə müzakirələr daxildir.

Tədbirdə ortaq investisiya layihələri və proqramlarının perspektivləri müzakirə edilir. (Trend)

Azvision.az



Teqlər: Xəzər   Sazi.  





Xəbər lenti