BNA xüsusi rejimdə fəaliyyət göstərir

  11 Avqust 2019    Oxunub : 839
BNA xüsusi rejimdə fəaliyyət göstərir
Qurban bayramı günlərində şəhər yollarında nəqliyyat vasitələrinin, o cümlədən müntəzəm marşrut xətti üzrə avtobusların normal fəaliyyətini tənzimləmək məqsədi ilə Bakı Nəqliyyat Agentliyi xüsusi rejimdə fəaliyyət göstərir.
BNA-dan Azvision.az -a daxil olan məlumata görə, marşrut avtobuslarının daha çox keçdiyi dayanacaq məntəqələri, metro stansiyalarının ətrafı, şəhərin giriş-çıxış nöqtələrinə nəzarət gücləndirilib.

Görülən tədbirlər sayəsində əvvəllər xaotik vəziyyətin müşahidə olunduğu metronun "Gənclik", "20 Yanvar", stansiyalarının ətrafındakı, Şamaxinka adalanan ərazidə və Lökbatan dairəsi yaxınlığındakı avtobus dayanacaq məntəqələri taksi minik avtomobillərindən təmizlənib.

Nəticədə qeyd edilən ərazilərdən keçən müntəzəm marşrut avtobuslarının intervalındakı gecikmələr əhəmiyyətli dərəcədə azalıb, sərnişinlərin avtobuslardan rahat və təhlükəsiz istifadəsi təmin edilib: "Bir daha hərəkət iştirakçılarına diqqətli olmağı, yol hərəkəti qaydalarına riayət etməyi və birbirinə qarşı anlayışlı olmağı tövsiyə edirik".

Azvision.az

Teqlər: BNA   Bayram