Masallı və Salyanda yanğın olub

Masallı və Salyanda yanğın olub
  11 Avqust 2019    Oxunub:1986
Masallı rayonunun Birinci Səmidxan kəndində ümumi sahəsi 120 m² olan tövlənin dam örtüyünün yanar konstruksiyaları 10 m² sahədə və bitişik ümumi sahəsi 50 m² olan talvarın altına yığılan 8 ton ot bağlamasının 3 tonu yanıb.
Fövqəladə Hallar Nazirliyindən Azvision.az -a verilən məlumata görə, tövlənin və ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Salyan rayonunun Kürsəngi kəndində isə ümumi sahəsi 20 m² olan tövlənin yanar konstruksiyaları və 1 ədəd elektrik sayğacı yanıb. Tövlənin qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Azvision.az


Teqlər: FHN   Yanğın  





Xəbər lenti