Hacıqabulda ağır qəza: 19 yaralı

   Hacıqabulda ağır qəza:    19 yaralı
  11 Avqust 2019    Oxunub:2683
Kürdəmir- Şirvan avtomobil yolunda ağır yol qəzası baş verib.

Azvision.az xəbər verir ki, avtomobil yolunda hərəkətdə olan iki avtobus və bir minik avtomobili toqquşub.
İlkin məlumata görə, hadisə nəticəsində 19 nəfər müxtəlif xəsarət alıb. Yaralılardan 10 nəfər Şirvan rayon Mərkəzi Xəstəxanasına, 9 nəfər isə Kürdəmir Mərkəzi rayon Xəstəxanasına çatdırılıb.

Kürdəmir MRX-dan verilən məlumata görə, hadisə nəticəsində xəsarət alan 6 qadın, 2 kişi və bir azyaşlı oğlan xəstəxanaya gətirilib. Azyaşlının Bakıya travmatologiya institutuna (qolun amputasiyası), 2 kişinin isə KTM-ə keçirilməsi qərara alınıb. Şirvan MRX-a 4 kişi 6 qadın çatdırılıb. Qadınların ikisində qapalı kəllə beyin travması ehtimal olunur. Yaralıların hamısına lazımı yardım göstərilir.

Azvision.az


Teqlər: Qəza  





Xəbər lenti