Göyçayda ağır qəza: Ölən və yaralılar var

  Göyçayda ağır qəza:    Ölən və yaralılar var
  11 Avqust 2019    Oxunub:2384
Göyçayın Bığır kəndi ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib.
Azvision.az xəbər verir ki, "VAZ" markalı iki avtomobilin toqquşması nəticəsində bir nəfər həlak olub, üç nəfər xəsarət alıb.

Səhiyyə Nazirliyinən Azvision.az -a verilən məlumata görə, qəza nəticəsində 56 yaşlı kişi hadisə yerində dünyasını dəyişib. İki nəfər - 25 yaşlı şəxs və 37 yaşlı kişi Göyçay Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

"25 yaşlı xəstədə aşağı ətrafların sınığı, digər xəstədə isə müxtəlif dərəcəli travmalar olub. Hazırda müalicələri davam edir. Vəziyyətləri orta-ağır olaraq qiymətləndirilir".

Azvision.az



Teqlər: Göyçay   Qəza  





Xəbər lenti