“Sibiryak” ləqəbli narkotacir saxlanıldı

“Sibiryak” ləqəbli narkotacir saxlanıldı
  10 Avqust 2019    Oxunub:1908
Hacıqabulda “Sibiryak” ləqəbli narkotacir saxlanılıb.
Azvision.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon sakini, 1986-cı il təvəllüdlü, əvvəllər məhkum olunmuş Səmədov Vüqar İlqar oğlu şübhəli şəxs qismində saxlanılıb.

Onun üzərinə baxış keçirilən zaman 31 bükümdə heroin aşkar edilərək götürülüb. Əməliyyatın davamı olaraq saxlanılan şəxsin yaşadığı M.F.Axundov küçəsi 43 ünvanında kultivasiya yolu ilə əkilib-becərilən çətənə kolları da aşkar edilib.

Faktla bağlı Hacıqabul Rayon Polis Şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.

Azvision.az



Teqlər: DİN   Narkotik   Hacıqabul  





Xəbər lenti