Gənc zabitlərlə toplanış keçirilib

Gənc zabitlərlə toplanış keçirilib
  10 Avqust 2019    Oxunub:1722
Müdafiə nazirinin təsdiq etdiyi 2019-cu ilin hazırlıq planına əsasən Beyləqan qarnizonunda Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbini, Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzinin nəzdində Ehtiyat Zabit Hazırlığı kursunu və Hərbi Tibb Fakültəsini yeni bitirmiş gənc zabitlərlə toplanış keçirilib.
Müdafiə Nazirliyindən Azvision.az -a verilən məlumata görə, gənc zabitlərin bilik səviyyəsinin artırılması və praktiki vərdişlərinin möhkəmləndirilməsi məqsədilə toplanış ərəfəsində keçirilən məşğələlərin sonunda məqbullar qəbul edilib.

Toplanışın yekununda birlik komandanlığının gənc zabitlərlə görüşü keçirilib, onlara tövsiyə və tapşırıqlar verilib.

Daha sonra toplanış məşğələlərində ən yaxşı nəticə göstərmiş gənc zabitlər birlik komandanlığı tərəfindən fəxri fərmanla təltif edilib, xidmətdə onlara uğurlar arzulanıb.
Sonda xatirə şəkli çəkdirilib.

Azvision.az



Teqlər: MN   Zabit  





Xəbər lenti