İzmirdən Bakıya uçan təyyarə Gəncədə məcburi eniş edib

 İzmirdən Bakıya uçan təyyarə Gəncədə məcburi eniş edib
  10 Avqust 2019    Oxunub:2066
"Azərbaycan Hava Yolları" QSC-nin aşağı büdcəli törəməsi "Buta Airways"in sərnişin təyyarəsi J2 9042 nömrəli İzmir-Bakı aviareysini yerinə yetirərkən Gəncə beynəlxalq hava limanında məcburi eniş edib.
Aviaşirkətdən Azvision.az -a verilən məlumata görə, buna səbəb sərnişinlərdən birinin halının pisləşməsi (təzyiqinin qalxması) olub. Buna görə də, hava gəmisinin kapitanı məcburi eniş etməyə qərar verib. Avialayner Bakı vaxtı ilə saat 13:42-də Gəncədə uğurlu eniş edib. Sərnişinə təcili tibbi kömək göstərilib.

Göyərtəsində 102 sərnişin olan təyyarənin bu dəqiqələrdə uçuşu davam etdirəcəyi gözlənilir.

Azvision.az



Teqlər: Təyyarə  





Xəbər lenti