Siqaret faciəyə səbəb oldu: 60 nəfər yanaraq öldü

 Siqaret faciəyə səbəb oldu:    60 nəfər yanaraq öldü
  10 Avqust 2019    Oxunub:3638
Tanzaniyada yanacaq daşıyan yük maşınının qəzaya düşməsi faciəyə səbəb.
Azvision.az "The Citizen" nəşrinə istinadən xəbər verir ki, Moroqoro şəhərində baş verən qəzadan sonra motosiklet sürən şəxslər ətrafa dağılan benzini kiçik çənlərə yığmaq istəyərkən partlayış baş verib. Nəticədə 60 nəfər ölüb, 70 nəfər yaralanıb.

İlkin məlumatlara görə, partlayışa səbəb qəza baş verən əraziyə gələnlərdən birinin siqaret yandırması olub.

Azvision.az





Teqlər: Yanğın  





Xəbər lenti