“Lekima” qasırğası 22 nəfərin həyatına son qoydu - Yenilənib

“Lekima” qasırğası 22 nəfərin həyatına son qoydu -  Yenilənib
  11 Avqust 2019    Oxunub:3992
Çində "Lekima" qasırğası nəticəsində ölənlərin sayı 22 nəfərə çatıb, daha 10 nəfər itkin düşmüş hesab olunur.
Azvision.az xarici KİV-ə istinadən xəbər verir ki, güclü yağışlar Vençjou şəhərində dağ uçqununa səbəb olub, yüzdən çox sakin köməksiz vəziyyətdə qalıb.

Hazırda axtarış- xilasetmə işləri davam etdirilir.

***
Çində tüğyan edən "Lekima" qasırğası nəticəsində ölənlərin sayı 18 nəfərə çatıb.

Azvision.az xarici mətbuata istinadən xəbər verir ki, təbii fəlakət nəticəsində 14 nəfər itkin düşüb, 1 milyondan çox sakin təxliyə edilib.

200 yaşayış binası dağılıb, daha 3,2 min bina isə zərər görüb.

***
(10:38)

Çində tüğyan edən "Lekima" qasırğası nəticəsində 13 nəfər həlak olub, 16 nəfər itkin düşüb. Azvision.az xarici mətbuata istinadən xəbər verir ki, minlərlə ev elektrik enerjisiz qalıb.

Lekima qasırğası səbəbindən 1 milyondan çox insan əvvəlcədən Çinin şərqindəki potensial təhlükəli ərazilərdən təxliyə edilib. Hazırda qasırğa daxilində küləyin sürəti saniyədə 50 metrə qədər çatır.

Azvision.az


Teqlər: Çin   Qasırğa  





Xəbər lenti