Rusiyada silah anbarında partlayış olub - Yaralılar var

Rusiyada silah anbarında partlayış olub -    Yaralılar var
  10 Avqust 2019    Oxunub:2578
Rusiyanın Krasnoyarsk vilayətində yerləşən silah-sursat anbarında partlayış olub.
Azvision.az Rusiya mətbuatına istinadən xəbər verir ki, hadisə nəticəsində 9 nəfər yaralanıb.

Rusiya Müdafiə Nazirliyinin yaydığı məlumata görə, hərbi sursat olan stellaja ildırım düşməsi nəticəsində yanğın və partlayış baş verib. Yaralılara ilkin tibbi yardım göstərilib. Faktla bağlı araşdırma aparılır.

Azvision.az



Teqlər: Rusiya   Partlayış  





Xəbər lenti