Tovuzda iki tona yaxın çətənə kolu məhv edildi

Tovuzda iki tona yaxın çətənə kolu məhv edildi
  09 Avqust 2019    Oxunub:1341
Daxili işlər orqanlarının əməkdaşları yabanı halda bitən narkotik tərkibli bitkilərin aşkarlanması istiqamətində uğurlu əməliyyat tədbirlərini davam etdirirlər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, Tovuz Rayon Polis Şöbəsinin əməkdaşları Hunanlar kəndi ərazisində 2,3 hektar sahədə yabanı halda bitmiş, 2 tona yaxın çəkisi olan 2385 çətənə kolu aşkarlayıblar. Həmin çətənə kolları məhv edilib.

Azvision.az



Teqlər: DİN   Tovuz   Narkotik  





Xəbər lenti