Silsilə oğurluqlar edən şəxslər ələ keçdi

Silsilə oğurluqlar edən şəxslər ələ keçdi
  09 Avqust 2019    Oxunub:1305
Baş Cinayət Axtarışı İdarəsi və Cəlilabad RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində fevralın 9-da rayon ərazisindəki fermaların birindən 6 baş inək oğurlamaqda şübhəli bilinən Biləsuvar rayon sakinləri F.Ağayev və Ş.Nəhmətov saxlanılıblar.
DİN-in Mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, ətraflarında aparılan əməliyyat tədbirləri ilə onların 2018-ci ilin noyabr ayından cari ilin iyul ayınadək olan müddətdə rayon sakinləri olan 5 nəfərə məxsus, ümumilikdə 10 baş camışı və 6 baş inəyi oğurlamaları da müəyyən edilib.

Azvision.az



Teqlər: DİN   Oğurluq  





Xəbər lenti