Prokuror olmaq istəyənlər test imtahanı verib

Prokuror olmaq istəyənlər test imtahanı verib
  09 Avqust 2019    Oxunub:1484
Dövlət İmtahan Mərkəzi (DİM) Azərbaycan Respublikasının Baş Prokurorluğu ilə birgə prokurorluq orqanlarında işə qəbul olmaq istəyən namizədlər üçün test imtahanı keçirib.
DİM-dən Azvision.az -a bildirilib ki, Mərkəz Azərbaycan Respublikasının Baş Prokurorluğu ilə birgə Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 19 iyun tarixli fərmanı ilə təsdiq edilmiş "Prokurorluğa işə qəbul olunmaq üçün namizədlərlə müsabiqə keçirilməsi qaydaları haqqında" Əsasnaməyə müvafiq olaraq prokurorluq orqanlarında işə qəbul olmaq istəyən namizədlər üçün test imtahanı keçirib.

Bakı İdman Sarayında təşkil olunan imtahan saat 10:00-da başlayıb və 3 saat davam edib.

İşə qəbul olmaq üçün ərizə təqdim etmiş 284 namizəddən 26 nəfəri imtahana gəlməyib. İmtahanda iştirak etmiş 258 namizəddən 128 nəfəri müsabiqə şərtini (70 və daha çox bal) ödəyərək növbəti mərhələyə buraxılıb.

Azvision.az



Teqlər: DİM  





Xəbər lenti