Tovuzdakı qəzada 3 nəfər həlak olub

Tovuzdakı qəzada 3 nəfər həlak olub
  09 Avqust 2019    Oxunub:1836
Daxili İşlər Nazirliyi (DİN) Tovuzda baş verən ağır yol-nəqliyyat hadisəsi ilə bağlı məlumat yayıb.
DİN-in mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, Tovuz şəhəri ərazisində Aşağı Quşçu kənd sakini A.Abbasovun idarə etdiyi “VAZ-21011”, Qazqulu kənd sakini Kamran Qasımovun idarə etdiyi “Daewoo” və Abulbəyli kənd sakini Müzəffər Hüseynzadənin idarə etdiyi “Mercedes” markalı avtomobillər toqquşüb.

Nəticədə M.Hüseynzadə, K.Qasımov və onun avtomobilindəki sərnişinlərdən Cəlilli kənd sakini Nailə Murtuzəliyeva hadisə yerində ölüb, xəsarət almış digər üç sərnişin xəstəxanaya yerləşdirilib.

Tovuz Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Azvision.az



Teqlər: DİN   Qəza   Tovuz  





Xəbər lenti