Keçmiş məhkumdan 13 kq-dan çox narkotik götürülüb

Keçmiş məhkumdan 13 kq-dan çox narkotik götürülüb
  09 Avqust 2019    Oxunub:1503
Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Saatlı rayon sakini, əvvəllər məhkum olunmuş A.Xəlilovun Xəzər rayonu Albalılıq bağlar sahəsində kirayədə yaşadığı evə baxış zamanı 13 kiloqram 50 qram marixuana aşkarlanaraq götürülüb.
DİN-in mətbuat xidmətindən Azvision.az -a bildiriblər ki, Baş İdarə tərəfindən həyata keçirilmiş daha bir uğurlu əməliyyat tədbiri nəticəsində Sabunçu rayonunun Zabrat qəsəbəsi ərazisində yaşayan Ə.Babayevin evinə baxış zamanı 61,476 qram marixuana, həyətyanı sahədən isə kultivasiya yolu ilə yetişdirilmiş 36 çətənə kolu aşkarlanıb.

Hər iki faktla bağlı araşdırmalar aparılır.

Azvision.az



Teqlər: DİN   Narkotik  





Xəbər lenti