Ali məktəblərə boş qalan yerlərin sayı açıqlandı

Ali məktəblərə boş qalan yerlərin sayı açıqlandı
  09 Avqust 2019    Oxunub:5847
Təhsil eksperti Kamran Əsədov ixtisas qrupları üzrə boş qalan plan yerlərinin sayını açıqlayıb.
Ekspert Azvision.az -a bildirib ki, bu il ümumilikdə 47847 plan yeri ayrılmışdı. Nəticədə 42062 abituriyent ali məktəbə qəbul olunub, 5785 plan yeri isə boş qalıb.

I qrup: 2459 yer

II qrup: 2542 yer

III qrup: 142 yer

IV qrup: 354 yer

V qrup: 288 yer

Qeyd edək ki, Dövlət İmtahan Mərkəzi (DİM) 2019/2020-ci tədris ili üçün ali təhsil müəssisələrinə yerləşdirmənin nəticələrini elan edib. Ali məktəblərə qəbul ola bilməyənlər üçün boş qalan yerlərə ixtisas seçimi 15-19 avqust tarixində, boş qalan yerlərə qəbul olan abituriyentlərin qəbul olduqları təhsil müəssisələrində qeydiyyatı isə 23 avqust - 2 sentyabr tarixlərində həyata keçiriləcək.

Azvision.az



Teqlər: İmtahan   Qəbul   Ekspert  





Xəbər lenti