Prezidentin vəzifə verdiyi Tural Kərimli kimdir? - DOSYE

 Prezidentin vəzifə verdiyi Tural Kərimli kimdir? -   DOSYE
  08 Avqust 2019    Oxunub:41561
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində İnnovasiyalar Agentliyinin İdarə Heyətinə sədr və İdarə Heyətinin üzvləri təyin edilib.
Azvision.az xəbər verir ki, Tural Kərimli İnnovasiyalar Agentliyinin İdarə Heyətinin sədri, Fariz Quliyev və Ayan Kərimova İdarə Heyətinin üzvləri təyin olunub.

Məlumat üçün bildirək ki, T. Kərimli 1981-ci ildə anadan olub. Qafqaz Universitetində beynəlxalq hüquq üzrə bakalavr və magistr təhsili alıb.



Təhsilini Harvard Universiteti Con Kennedi Dövlət İdarəçilik Məktəbində İnvestisiya qərarları və maliyyə davranış iqtisadiyyatı sahəsi üzrə davam etdirib.

T. Kərimli 2009-2017-ci illərdə “İSRA” Şirkətlər Qrupuna rəhbərlik edib. 2018-ci ilin yanvar ayından Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nəzdində Yüksək Texnologiyalar Parkının direktoru vəzifəsində çalışıb.



Qeyd edək ki, Fariz Quliyev isə bundan əvvəl Azərbaycan Dövlət İqtisad Universitetinin UNEC Biznes Məktəbində baş müəllim, Ayan Kərimova isə “Yüksək Texnologiyalar Parkı” MMC-nin Layihələrə Dəstək və Biznesin İnkişafı şöbəsinin müdiri vəzifəsində çalışıb.



Azvision.az


Teqlər: Tural   Kərimli  





Xəbər lenti