Qayğıya ehtiyacı olan uşaqlar yay düşərgəsidə
Ağcabədi rayonundakı günərzi qayğı mərkəzi uşaqların inkişafı, yerli icma səviyyəsində sosial uyğunlaşma və inteqrasiya hüquqlarının təmin edilməsi, çətin həyat şəraitində olan ailələrə və uşaqlara dəstək verilməsi, həmin uşaqların dövlət uşaq müəssisələrinə düşməsinin qarşısının alınması məqsədilə yaradılıb.
Burada uşaqların fərdi ehtiyaclarına və bacarıqlarına uyğunlaşdırılmış kompleks sosial xidmətlər göstərilir. Mərkəzdə məktəbəqədər (3-6 yaş arası) və məktəb yaşlı (7-12 yaş arası ) uşaqlardan ibarət iki qrup üzrə ümumilikdə 30 uşağa xidmət göstərilir. Onlardan 30%-i sağlamlıq imkanları məhdud uşaqlardır.
Azvision.az
Teqlər: ƏƏSMN