Masallı sakini evdə yanaraq ölüb

Masallı sakini evdə yanaraq ölüb
  08 Avqust 2019    Oxunub:2325
Masallı rayonun Musaküçə kəndində ümumi sahəsi 150 m² olan birmərtəbəli 5 otaqlı evin 3 otağının və dam örtüyünün yanar konstruksiyaları 70 m² sahədə yanıb.
Fövqəladə Hallar Nazirliyindən (FHN) Azvision.az -a verilən məlumata görə, yanğının kəşfiyyatı zamanı ev sahibi, 1926-cı il təvəllüdlü Babayev Xeyrulla Əjdər oğlunun meyiti yanğınsöndürənlər tərəfindən aşkar olunub.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Azvision.az



Teqlər: FHN  





Xəbər lenti