Türkiyədə 4,8 bal gücündə zəlzələ olub

Türkiyədə 4,8 bal gücündə zəlzələ olub
  08 Avqust 2019    Oxunub:2301
Türkiyənin Ege Dənizində 4,8 bal gücündə zəlzələ olub.
Azvision.az xəbər verir ki, zəlzələ yerli vaxtla 11.39-da qeydə alınıb. Yeraltı təkanlar ölkənin İzmir şəhərinin Seferihisar rayonundan 11,85 kilometr, Kuşadasından isə 8,19 kilometr uzaqlıqda baş verib.

Dağıntı və xəsarət alanlar barədə məlumat yoxdur.

Azvision.az



Teqlər: Zəlzələ   Türkiyə  





Xəbər lenti