“Xəzərin mühafizəsində birik, birlikdəyik” - Aksiya keçiriləcək

“Xəzərin mühafizəsində birik, birlikdəyik” -    Aksiya keçiriləcək
  08 Avqust 2019    Oxunub:1322
Avqustun 9-da Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Yeni Azərbaycan Partiyasının (YAP) təşkilatçılığı ilə Xəzər dənizinin Buzovna sahilində “Xəzərin mühafizəsində birik, birlikdəyik” devizi altında kütləvi təmizlik aksiyası keçiriləcək. Xəzər günü ərəfəsində keçiriləcək və yüzlərlə insanın iştirak edəcəyi aksiyada məqsəd təkcə dəniz sahilini plastik və məişət tullantılarından təmizləmək deyil, həm də insanların çimərliklərin təmiz saxlanılmasına dair cəmiyyətə çağırışı, Xəzərin çirkləndirilməsinə etirazıdır”.
Bu barədə Azvision.az -a nazirliyin mətbuat katibi İradə İbrahimova məlumat verib. Onun sözlərinə görə, aksiyada nazirliyin əməkdaşları və YAP nümayəndələri ilə birgə Milli Məclisin deputatları, ziyalılar, tanınmış mədəniyyət və incəsənət xadimləri, könüllülər, həmçinin ekoloji təmiz istehsalat qurmuş müəssisələrin nümayəndələri də iştirak edəcəklər:

“Belə bir kütləvi aksiyanın keçirilməsi Xəzər dənizinin çirklənmədən qorunmasını, çimərliklərdə təmizliyə riayət olunmasını təbliğ etməyə və tullantıların qarşısını almağa yönəlib. Ümid edirik ki, hər kəs ətraf mühitə, çimərliklərə, Xəzərin təmizliyinə daha məsuliyyətlə yanaşacaq və gələcəkdə analoji aksiyaların keçirilməsinə ehtiyac qalmayacaq”.

Nazirlik rəsmisi bildirib ki, 2006-cı ildə Xəzər dənizinin dəniz ətraf mühitinin mühafizəsi haqqında Çərçivə Konvensiyası qüvvəyə mindikdən sonra hər il 12 avqust “Xəzər günü” kimi qeyd edilir.

Azvision.az



Teqlər: ETSN   Aksiya   Xəzər  





Xəbər lenti