Nabranda batan uşağın meyiti Rusiyada tapıldı

 Nabranda batan uşağın meyiti Rusiyada tapıldı
  08 Avqust 2019    Oxunub:2216
Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olan məlumata əsasən, 1 avqust 2019-cu il tarixində Xaçmaz rayonunun Nabran kəndi ərazisində dənizdə çimərkən batan 2008-ci il təvəllüdlü Həsənov Polad İlham oğlunun meyiti avqustun 7-də Rusiya Federasiyası, Dağıstan Respublikasının Dərbənd rayonunda, dəniz sahilində tapılıb.
Fövqəladə Hallar Nazirliyindən Azvision.az -a verilən məlumata görə, P.İ.Həsənovun axtarışı Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xitmətinin dalğıc-xilasediciləri tərəfindən dayandırılıb.

Azvision.az


Teqlər: FHN  





Xəbər lenti