Lənkəranda 8 yaşlı uşaq nənəsini öldürüb - VİDEO

  Lənkəranda 8 yaşlı uşaq nənəsini öldürüb -    VİDEO
  08 Avqust 2019    Oxunub:4245
Lənkəranda nəvə nənəsinin ölümünə səbəb olub.
Azvision.az “Xəzər Xəbər”ə istinadən xəbər verir ki, bədbəxt hadisə ötən gecə Lənkəran şəhərinin Mirzə Məhəmmədhüseyn Axund küçəsi , ev 190 ünvanında baş verib.



Belə ki, Zaur Ağayev avtomobilini yaşadığı həyətində saxlayıb. Evin 8 yaşlı uşağı nəzarətsiz halda sükan arxasına keçib və avtomobili işlək vəziyyətə gətirib. Qəfildən hərəkətə gələn avtomobil uşağın nənəsi, 62 yaşlı Zahirə Ağayevaya ayaq nahiyəsindən ciddi xəsarət yetirib.

Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılan qadının həyatını xilas etmək mümkün olmayıb. Zahirə Ağayeva bu gün xəstəxanada dünyasını dəyişib. Meyit müayinə olunmaq üçünMəhkəmə Tibbi Ekspertiza və Pataloji AnatomiyaMərkəzinin Lənkəran Rayon şöbəsinə təhvil verilib.

Azvision.az




Teqlər: Lənkəran   Nənə   Nəvə   Qəza  





Xəbər lenti