Bakıda nişanlı cütlüyü maşın vurdu - FOTO

Bakıda nişanlı cütlüyü maşın vurdu -  FOTO
  07 Avqust 2019    Oxunub:3979
"Gənclik Mall" ticarət mərkəzi ilə üzbəüz olan avtobus dayanacağının yanında minik avtomobili yoldan səkiyə çıxıb və səki ilə gedən 22 yaşlı qızla 23 yaşlı oğlanı vurub. Onların nişanlı olduğu ehtimal edilir.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, hadisə ilə bağlı saat 18:37-də təcili yardıma çağırış daxil olub.

İlkin diaqnoza əsasən, qızda sol bazunun travması, oğlanda alının kəsilmiş yarası qeydə alınıb. Hadisə yerində olan həkim briqadasının bildirdiyinə görə, onların həyatları üçün təhlükə yoxdur.





Azvision.az



Teqlər: Maşın   Piyada   Qəza  





Xəbər lenti