Həyətində xaş-xaş əkən şəxs saxlanıldı - FOTO

Həyətində xaş-xaş əkən şəxs saxlanıldı -    FOTO
  07 Avqust 2019    Oxunub:1639
Quba Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat tədbirləri nəticəsində narkotik xassəli bitkilərin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən rayon sakini, 46 yaşlı Mərdan Qasımov saxlanılıb.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin Quba regional qrupundan Azvision.az -a verilən məlumata görə, RPŞ-nin əməkdaşları tərəfindən ona məxsus fərdi yaşayış evinin həyətyanı sahəsinə keçirilən baxış zamanı oradan dekorativ gül kollarının arasında yetişdirilmiş dörd ədəd əkilib-becərilməsi qadağan olunan narkotik təbiətli xaş-xaş bitkisi aşkar edilərək götürülüb.

Faktla bağlı Quba Rayon Polis Şöbəsində araşdırma aparılır.

Azvision.az


Teqlər: Narkotik  





Xəbər lenti