“Azərsu” rəhbərliyi üç rayonda qəbul keçirəcək

  07 Avqust 2019    Oxunub : 825
“Azərsu” rəhbərliyi üç rayonda qəbul keçirəcək
Mərkəzi icra hakimiyyəti orqanları, digər qurumların rəhbərlərinin və onların müavinlərinin 2019-cu ilin avqust ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov avqustun 16-da Qazax şəhərində Qazax və Ağstafa rayonlarından olan vətəndaşları qəbul edəcək.
“Azərsu” ASC-dən Azvision.az -a bildirilib ki, avqustun 19-da ASC sədrinin birinci müavini Teyyub Cabbarov Şəmkir şəhərində ŞəmkirGədəbəy rayonlarının sakinləri ilə görüşəcək. Avqustun 20-də isə “Azərsu” ASC sədrinin müavini Etibar Məmmədov Tovuz rayonu sakinlərini qəbul edəcək.

Qəbullar Qazax, ŞəmkirTovuz rayon sukanal sahələrinin inzibati binalarında keçiriləcək. Qəbullarda sakinlərin içməli su təchizatı və kanalizasiya xidmətləri ilə bağlı müraciətlərinə baxılacaq.

Vətəndaşlar qəbul üçün Qazax, Ağstafa, Şəmkir, GədəbəyTovuz rayon sukanal sahələrinə, həmçinin 431-47-67 (daxili 1050) nömrəsi ilə “Azərsu” ASC-yə və “[email protected]” elektron poçtu vasitəsilə müraciət edə bilərlər.

Azvision.az

Teqlər: Azərsu