Bakıda silahlı insident: Yaralı var

  07 Avqust 2019    Oxunub : 2711
 Bakıda silahlı insident: Yaralı var
Avqustun 5-də Nərimanov rayonunun Atatürk prospektində naməlum şəxs xuliqanlıq zəminində Bakı şəhər sakini Z.Sədiyevin sağ ayaq nahiyəsinə odlu silahdan açdığı atəşlə xəsarət yetirib.
Daxili İşlər Nazirliyindən (DİN) Azvision.az -a verilən məlumata görə, Z.Sədiyev xəstəxanaya gətirilib, vəziyyəti qənaətbəxşdir.

Bakı şəhər BPİ və Nərimanov RPİ 16-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Salyan rayon sakini R.Sadıqov saxlanılıb.

Azvision.az

Teqlər: DİN   Silah