Vatikan kardinalından İlham Əliyevə təşəkkür

Vatikan kardinalından İlham Əliyevə təşəkkür
  03 Dekabr 2013    Oxunub:1136
Vatikan Dövlətinin Mədəniyyət üzrə Pontifik Şurasının prezidenti Kardinal Canfranko Ravazi Azərbaycan Prezidenti İlham Əliyevi təbrik edib.
AzVision.az xəbər verir ki, təbrik məktubunda deyilir:
"Əbədi Şəhər və Mədəniyyət üzrə Pontifik Şurasından salamlar. Bu məktubu Sizə Azərbaycana səfərimin gözəl təəssüratı əsasında yazıram. Paytaxt şəhəriniz Bakının gözəlliyi, Heydər Əliyev Mərkəzinin möhtəşəmliyi, Qəbələ rayonunun füsunkar təbiəti ilə yanaşı, ölkənizin mədəni sərvətləri də Sizin və hökumətinizin mədəni dəyərlərə nə qədər çox diqqət yetirdiyinizi göstərir. Qədim xristian kilsələrində apardığım söhbətlər məndə xoş təəssüratlar yaratdı.

Bu kilsələr Sizin mədəni müxtəlifliyə sadiqliyinizi nümayiş etdirir. Gözəl Vətəninizdə olduğum qısa müddətdə Zati-alinizin, birinci xanımın və ölkənizin digər rəsmilərinin mənə göstərdiyi səmimiyyət, sevgi və qayğı qəlbimi fərəhlə doldurdu.

Azərbaycana səfərimiz müddətində bizə göstərdiyiniz xoş münasibətə və səmimiyyətə görə Roma Kuriyası adından və şəxsən öz adımdan Sizə dərin təşəkkürümü ifadə etmək istəyirəm. Məni "Dostluq" ordeni ilə təltif edərək şərəfləndirdiyinizə görə Sizə bir daha minnətdarlığımı bildirirəm. Mən hələ də bu təltifin sevincini yaşayıram. Çünki bu, Azərbaycanın ən qiymətli ordenlərindən biridir və Sizin bu jestiniz hökumətiniz ilə Mədəniyyət üzrə Pontifik Şurası arasında uzun illərdir inkişaf edən mədəni dostluğun təsdiqidir. Mən həm də bunu daha çox Zati-alinizin, birinci xanım Mehriban Əliyevanın mədəni əlaqələrin inkişafında marağınızla əlaqələndirirəm.

Sizin Katolik Şurasına və bütün mədəniyyətlərə açıq münasibətinizdən çox məmnunam. Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə bir daha Sizi təbrik edirəm. Sizin müdrik rəhbərliyinizlə ölkənizin sürətli tərəqqisini yüksək qiymətləndirirəm. Üç il əvvəl sevimli ölkənizə etdiyim səfərlə indiki səfərim zamanı fərqi müşahidə edərək mən Sizin rəhbərliyinizlə Azərbaycanın çox parlaq gələcəyinin olduğunu görə bilirəm.

Görüşümüzdə müzakirə etdiyimiz kimi, Azərbaycan mədəniyyəti və ölkəniz ilə mədəni əlaqələr mənim üçün, eləcə də Katolik Kilsəsi üçün çox dəyərlidir. Mənə göstərdiyiniz səmimiyyətə görə Sizə təşəkkür edərək bir daha ən dərin ehtiramımı çatdırıram".


Teqlər:





Xəbər lenti