102 min yeni əmək müqaviləsi qeydə alınıb

102 min yeni əmək müqaviləsi qeydə alınıb
  07 Avqust 2019    Oxunub:1394
“Bu ilin 6 ayında 102 min yeni əmək müqaviləsi (24 min dövlət sektoru, 78 min özəl sektor üzrə) qeydiyyata alınıb”.
Azvision.az -ın məlumatına görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində keçirilən Kollegiya iclasında nazir Sahil Babayev deyib.

Nazir minimum əmək haqqının növbəti dəfə artmasının, digər stimullaşdırıcı tədbirlərin, özəl sektorda yeni vergi-sığorta güzəştlərinin tətbiqinin və s. həmin göstəricinin bundan sonra da davam edəcəyini deməyə əsas verdiyini deyib.

O bildirib ki, bu il əmək haqqı fondu dövlət sektorunda 15 faiz, özəl sektorda 25 faiz olmaqla, ümumilikdə orta hesabla 20 faiz artıb.

Nazir qeyd edib ki, məşğulluq sahəsində aparılan islahatların bir istiqaməti də işsiz və işaxtaranlar üçün mövcud peşə hazırlığı sisteminin müasirləşdirilməsi və Regional Peşə Təhsili Mərkəzləri şəbəkəsinin genişləndirilməsidir. Eyni zamanda, həmin Mərkəzlərin fəaliyyətinin optimallaşdırılması və səmərəli təşkili, bu sahədə idarəçiliyin təkmilləşdirilməsi üçün onların publik hüquqi şəxs kimi formalaşdırılması və fəaliyyətinin təmin edilməsi üçün işlər aparılır.

Azvision.az


Teqlər: ƏƏSMN   Əmək   Müqaviləsi  





Xəbər lenti