“ASAN xidmət” və “ASAN Kommunal” iki gün işləməyəcək

“ASAN xidmət” və “ASAN Kommunal” iki gün işləməyəcək
  07 Avqust 2019    Oxunub:2267
Avqustun 12-13-də Qurban bayramı ilə əlaqədar “ASAN xidmət” və "ASAN Kommunal" mərkəzlərində qeyri-iş günüdür. Avqustun 14-dən etibarən isə vətəndaşlar mərkəzlərə müraciət etməklə müvafiq xidmətlərdən yararlana bilərlər.
Bu barədə Azvision.az -a Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Hazırda Azərbaycanda 15 “ASAN xidmət” mərkəzi fəaliyyət göstərir. Onlardan 5-i paytaxtda olmaqla, digərləri Sumqayıt, Gəncə, Sabirabad, Bərdə, Qəbələ, Masallı, Quba, Mingəçevir, İmişli və Şəkidədir. Həmçinin Bakı şəhərində əhaliyə kommunal sahədə xidmətlər göstərən 2 “ASAN Kommunal” mərkəzi fəaliyyətdədir.

Azvision.az



Teqlər: ASAN-Xidmət   ASAN-Kommunal  





Xəbər lenti