Dubay-Bakı aviareysi ləğv olundu - Səbəbi bilinmir

Dubay-Bakı aviareysi ləğv olundu -    Səbəbi bilinmir
  07 Avqust 2019    Oxunub:1890
Avqustun 6-da həyata keçirilməli olan Dubay-Bakı-Dubay aviareysi ləğv edilib.
Azvision.az xəbər verir ki, “FlyDubai” aviaşirkətinin yerli vaxtla saat 21:50-də “FZ 8945” saylı Dubaydan Bakıya uçuşu ləğv olunub. Həmçinin bu gün Bakıya həyata keçirilməsi nəzərdə tutulan reys ləğv olunduğundan aviaşirkətin 22:50-də Bakıdan Dubay istiqamətində “FZ 8946” saylı reysi də ləğv edilib.

Qeyd edək ki, aviareyslər “Boeing 737-800” təyyarəsi ilə həyata keçirilməli idi. Dubay-Bakı-Dubay aviareysinin hansı səbəbdən ləğv edildiyi məlum deyil.

Azvision.az



Teqlər: Dubay   Bakı   Aviareys  





Xəbər lenti