Eldar Namazov Milli Şuradan istefa verdi

Eldar Namazov Milli Şuradan istefa verdi
  03 Dekabr 2013    Oxunub:1266
“El” hərəkatının sədri Eldar Namazov Milli Şuradakı postundan istefa verib. AzVision.az-ın məlumatına görə, bu barədə Milli Şuranın bu gün keçirilən iclasında prezidentliyə keçmiş namizəd Cəmil Həsənli bildirilib.

Onun sözlərinə görə, hazırda Ukraynada olan E.Namazov Rüstəm İbrahimbəyova müraciət edərək onun Milli Şuranın İcra Aparatı rəhbərliyindən uzaqlaşdırılmasını xahiş edib.

R. İbrahimbəyov da bu məsələyə müsbət yanaşıb. Bununla da Namazovun istefa müraciəti qəbul edilib.

Bildirilib ki, Eldar Namazovun istefasından sonra Milli Şurada Sədr Aparatı yaradılacaq.

Fatimə Kərimli



Teqlər:  





Xəbər lenti