Gömrükdən qanunsuz dərman keçirmək istədi
Lakin sərnişin gəliş zalındakı lentin üzərindən baqajları götürdükdən sonra qırmızı lenti qoparıb və gömrük nəzarəti zonasını "Yaşıl Kanal" buraxılış sistemindən istifadə etməklə keçmək istəyib. Gömrükçülər tərəfindən "Qırmızı Kanal"a yönləndirilən şəxsin baqajları rentgen aparatından keçirilən zaman monitorda şübhəli əşyaların təsviri görünüb.
Bundan sonra sərnişin yoxlama otağına dəvət olunub. Yoxlama zamanı vətəndaşa məxsus 2 ədəd çamadan və 1 ədəd əl çantasının içərisindən gömrük orqanına bəyan olunmayan stomatologiya sahəsində istifadə edilən 34 adda, külli miqdarda tibbi ləvazimatlar, maddələr və dərman preparatları aşkarlanıb. Faktla bağlı araşdırma aparılır.
Azvision.az