Bir gündə 2 piyada qəzada ölüb

Bir gündə 2 piyada qəzada ölüb
  06 Avqust 2019    Oxunub:1825
Avqustun 5-də saat 1 radələrində Abşeron rayonu ərazisində Bakı şəhər sakini P.Əhmədov idarə etdiyi “Toyota” markalı avtomobillə yolu keçən İsmayıllı rayon sakini Mədinə Sovqatovanı vurub.
DİN-dən Azvision.az -a verilən məlumata görə, xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb. Anoloji hadisə Xəzər rayonunun Buzovna qəsəbəsi ərazisində baş verib.

Belə ki, avqustun 5-də saat 7 radələrində Xəzər rayonunun Buzovna qəsəbəsi ərazisində Bakı şəhər sakini R.Əliyev idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən həmyerlisi Nəriman Binnətovu vurub. Nəticədə piyada hadisə yerində ölüb.

Hər iki faktla bağlı araşdırma aparılır.

Azvision.az



Teqlər: DİN   Piyada  





Xəbər lenti