Qurbanlıq qoyunları onlayn ala bilərsiniz! - Azərbaycanda ilk dəfə

Qurbanlıq qoyunları onlayn ala bilərsiniz! -  Azərbaycanda ilk dəfə
  06 Avqust 2019    Oxunub:3564
Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan Dövlət Aqrar Ticarət Şirkəti “Kənddən Şəhərə” layihəsi çərçivəsində yeniliyə imza atıb.

Azvision.az xəbər verir ki, vətəndaşlar Qurban bayramı ərəfəsində qurbanlıq heyvanları “Kənddən Şəhərə”nin saytına daxil olaraq əvvəlcədən sifariş verə bilərlər.
Bununla da vətəndaşlar bayram günü bazarlarda yaranan uzun növbələrdə vaxt itirməyəcəklər. Hər bir vətəndaş “Kənddən Şəhərə” saytına daxil olaraq 9 avqust saat 23:59-dək Bakı, Sumqayıt və Abşeron yarımadasındakı satış məntəqələrində onlayn şəkildə növbə götürə və alacaqları qurbanlıq qoyunları öncədən sifariş edə bilərlər. Bunun üçün LİNKƏ daxil olmaq, mövcud xanalar üzrə şəxsi məlumatları qeyd etmək lazımdır. Sifariş qəbul edildikdən sonra vətəndaşın mobil telefonuna təsdiq bildirişi gələcək.

Daha sonra vətəndaş yarmarkada xüsusi ayrılmış yerdə “Aqrar Tədarük və Təchizat” ASC-nin əməkdaşına yaxınlaşaraq, telefonundakı təsdiq bildirişini göstərməklə növbə gözləmədən sifariş etdiyi qurbanlığı ala biləcək.

Azvision.az



Teqlər: Qurbanlıq   Qoyun  





Xəbər lenti