Nazirlik toyda zəhərlənənlərin dəqiq sayını açıqladı

  06 Avqust 2019    Oxunub : 1172
 Nazirlik toyda zəhərlənənlərin dəqiq sayını açıqladı
Qəbələnin Zərgərli kəndində keçirilən toy mərasimindən sonra zəhərlənmə ilə bağlı Mərkəzi Rayon Xəstəxanasına müraciət edənlərin sayı 89 nəfər olub.
Bu barədə Azvision.az -a Səhiyyə Nazirliyindən məlumat verilib. Bildirilib ki, müraciət edənlərdən 19-u qadın, 8-i uşaq, qalanları kişilərdir.

"Zəhərlənmə etimalı ilə müraciət edənlərin hamısına Qəbələ Rayon Mərkəzi Xəstəxanasında lazımi yardım edilib. Gecə saat iki üçün xəstəxanada 6 nəfər olub. Səhərə yaxın onlardan 4-ü evə buraxılıb. Səhər saat 11-də 1 nəfər xəstəxanada qalıb. Həmin şəxs 2004-cü il təvəllüdlü Bayram Bilal oğlu Əsgərovdur. Baş vermiş hadisə barədə hüquq-mühafizə orqanları və Qida Təhlükəsizliyi Agentliyi məlumatlandırılıb. Xəstəxana gücləndirilmiş rejimdə işləyir".

Aytən Zəhra
Azvision.az

Teqlər: Qəbələ   Toy   Zəhərlənmə