Bakıda güclü külək nəticəsində 65 ağac aşıb

Bakıda güclü külək nəticəsində 65 ağac aşıb
  06 Avqust 2019    Oxunub:1527
Bakıda müşahidə edilən güclü külək nəticəsində ümumilikdə 65 ağacın aşması və budağının sınması ilə bağlı müraciət daxil olub.

Bu barədə Azvision.az -a açıqlamasında Bakı Şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyinin Bitkilərin mühafizəsi şöbəsinin rəisi Orxan Məmmədov bildirib.
Onun sözlərinə görə, Birliyin şəxsi heyəti küləyin fəsadlarının aradan qaldırılması və aşaraq yolu bağlayan ağacların götürülməsi istiqamətində gücləndirilmiş rejimdə çalışıb: “Əsasən Yasamal, Nəsimi, Nərimanov rayonlarında daha çox ağac aşması faktı qeydə alınıb".

Qeyd edək ki, ötən gün Bakıda güclü külək bir sıra fəsadlar törədib. Bir neçə avtomobilə ziyan dəyib, 20 yaşlı qadın üzərinə ağac düşməsi nəticəsində ciddi xəsarətlər alıb.

Elvin Abdulqədirov
Azvision.az


Teqlər: Bakı   Ağac   Külək  





Xəbər lenti