Qəbələdə 75 nəfər toyda zəhərlənib, 7-si uşaqdır

 Qəbələdə 75 nəfər toyda zəhərlənib, 7-si uşaqdır
  06 Avqust 2019    Oxunub:2371
Qəbələnin Zərgərli kəndində keçirilən toy mərasimindən sonra zəhərlənmə ilə bağlı Qəbələ Mərkəzi Rayon xəstəxanasına müraciət edənlərin sayı 75 nəfər olub.

Bu barədə Azvision.az -a Səhiyyə Nazirliyindən məlumat verilib. Bildirilib ki, müraciət edənlərdən 16-sı qadın, 7-si uşaq, qalanları kişilərdir.
"Zəhərlənmə etimalı ilə müraciət edənlərin hamısına Qəbələ Mərkəzi Rayon Xəstəxanasında lazımi yardım edilib. Gecə saat 02:00-da xəstəxanada 6 nəfər olub. Səhərə yaxın onlardan 4-ü evə buraxılıb. Hazırda xəstəxanada 2 nəfər qalıb. Baş vermiş hadisə barədə hüquq-mühafizə orqanları və Qida Təhlükəsizliyi Agentliyi məlumatlandırılıb. Xəstəxana gücləndirilmiş rejimdə işləyir".

Aytən Zəhra
Azvision.az


Teqlər: Qəbələ   Zəhərlənmə  





Xəbər lenti