Putin Təhlükəsiz Şurasını topladı - ABŞ-a mesaj

Putin Təhlükəsiz Şurasını topladı -    ABŞ-a mesaj
  06 Avqust 2019    Oxunub:1769
Rusiya prezidenti Vladimir Putin Təhlükəsiz Şurasının iclasını keçirib.
Azvision.az Rusiya KİV-lərinə istinadən xəbər verir ki, iclasda ABŞ-ın yaxın və orta mənzilli raketlərin ləğvi razılaşmasını birtərəfli qaydada tərk etməsi müzakirə olunub.

Putin ABŞ-ın silahlanmaya nəzarət sahəsində əsas sənədlərdən birini məhv etdiyini bildirib. Onun sözlərinə görə, sözügedən addım dünyadakı vəziyyəti ciddi şəkildə mürəkkəbləşdirib, hər kəs üçün fundamental risklərə səbəb olub.

Azvision.az



Teqlər: Rusiya   Putin  





Xəbər lenti