Dənizdə dalğanın hündürlüyü 7,5 metrə çatıb

 Dənizdə dalğanın hündürlüyü 7,5 metrə çatıb
  06 Avqust 2019    Oxunub:5241
Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) faktiki hava şəraiti ilə bağlı məlumat yayıb.
Azvision.az ETSN-nin Milli Hidrometerologiya Departamentinə istinadən xəbər verir ki, 5 avqust saat 20:00-a olan məlumatına görə, Bakıda və Abşeron yarımadasında güclü şimal-gərb küləyi əsir.

Külək Sumqayıtda 22 м/s, Maştağada 38 m/s, Qum adasında 33m/s, Cilov adasında 24 m/s, Neft daşlarında 26 m/s-dək güclənib, dənizdə dalğanın hündürlüyü 7,5 metrə çatıb. Neftçala rayonunda isə küləyin sürəyi 33 m/s-dək güclənib.

Azvision.az



Teqlər: ETSN   Külək  





Xəbər lenti