İki ərazidə ağac qaz xəttinin üzərinə aşıb

İki ərazidə ağac qaz xəttinin üzərinə aşıb
  05 Avqust 2019    Oxunub:1566
Axşam saatlarında Nəsimi rayonu S.Rüstəm küçəsində güclü külək ağacı orta təzyiqli qaz kəmərinin üzərinə aşırıb.
“Azəriqaz” İB-dən Azvision.az -a verilən məlumata görə, nəticədə qaz xətti onu saxlayan dirəklərdən qopub. Lakin qaz sızması baş vermədiyindən təchizatda fasilə yaranmayıb.

Hazırda ərazi ağac qalıqlarından təmizlənir, bundan sonra dərhal qaz xətti əvvəlki vəziyyətinə qaytarılacaq.

Daha bir halda isə ağac Yasamal rayonu Şərifzadə küçəsində yerləşən “ATV plyus” kabel televiziyasının sayğacının üzərinə aşaraq onu zədələyib. Sayğac yararsız hala düşüb.

Azvision.az



Teqlər:





Xəbər lenti