Toyda kütləvi zəhərlənmə: 26 nəfər xəstəxanalıq oldu

  Toyda kütləvi zəhərlənmə:  26 nəfər xəstəxanalıq oldu
  05 Avqust 2019    Oxunub:2275
Qəbələ rayonunun Zərgərli kəndində keçirilən toyda kütləvi zəhərlənmə olub.

Səhiyyə Nazirliyindən Azvision.az -a verilən məlumata görə, 26 nəfər Qəbələ Mərkəzi Rayon Xəstəxanasına aparılıb. Onlara lazımi tibbi yardım göstərilib.
Faktla bağlı hüquq-mühafizə orqanlarına və Qida Təhlükəsizliyi Agentliyinə məlumat verilib. Hazırda xəstəxana gücləndirilmiş rejimdə işləyir.

Azvision.az



Teqlər:





Xəbər lenti